Bu il Azərbaycanda 130454 şagird I sinifə gedəcək

Bu il Azərbaycanda 130454 şagird I sinifə gedəcək
# 03 sentyabr 2012 08:51 (UTC +04:00)
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris ilində 120032 nəfər təşkil edib.

Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I siniflərinə 36102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub.

Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən ümumi təhsil məktəblərinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş, əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinifə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq, xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinifə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR