Dow Jones indeksi 0,1% enib, S&P 500 0,02% yüksəlib, Nasdaq 0,02% enib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,02% yüksəlib, Nasdaq 0,02% enib
# 01 noyabr 2012 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 097 bəndədək enib, S&P 500 0,02% - 1 412 bəndədək yüksəlib, Nasdaq 0,02% - 2 977 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına bir sıra makroiqtisadi və korporativ xəbərlər təsir edib. Məlum olub ki, Çikaqoda işgüzarlıq fəallığı indeksi oktyabrda 49,7 bənddən 49,9 bəndədək artıb, «General Motors» və «MasterCard» şirkətlərinin mənfəəti III rübdə artıb, «Ford Motor» şirkətinin mənfəəti isə azalıb.

Avropa fond bazarlarında oktyabrın 31-də FTSE 100 indeksi 1,2% - 5 783 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 260 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 429 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 721,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2959 (0,0%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR