Azərbaycan prezidenti ABŞ prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti ABŞ prezidentinə başsağlığı verib
# 02 noyabr 2012 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, başsağlığında bildirilir: “Hörmətli cənab Prezident, “Sendi” qasırğasının doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Qeyd edək ki, “Sendi” qasırğası ABŞ və Kanadada 84 nəfərin həyatına son qoyub, Birləşmiş Ştatların iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR