Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hisə verilmiş balıqların monitorinqini aparır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hisə verilmiş balıqların monitorinqini aparır
# 16 oktyabr 2012 12:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hisə verilmiş balıqların monitorinqinə başlayıb. RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayevin APA-ya verdiyi məlumata görə, monitorinq zamanı müayinələrin aparılması üçün istehsalat sahələrində və ticarət mərkəzlərində satılan hisə verilmiş balıqlardan nümunələr götürülür. Onun sözlərinə görə, götürülmüş nümunələrin mikrobioloji göstəriciləri yoxlanılacaq.

İ.Abdullayev mərkəz tərəfindən aparılan qənnadı məmulatlarının monitorinqlərinin başa çatdığını və nəticələrin yaxın günlərdə açıqlanacağını da bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR