Xəzər rayonunun sahilyanı ərazisindən 15 kubmetrdən çox zibil yığılıb

Xəzər rayonunun sahilyanı ərazisindən 15 kubmetrdən çox zibil yığılıb
# 25 sentyabr 2012 08:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsinin 35 hektarlıq ərazisindən 15 kubmetr həcmində məişət tullantıları yığılıb.

Tədbir təşkilatçıları tərəfindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 150-dən çox könüllü iştirak edib. Şüvəlan qəsəbəsinin sahilyanı ərazisi plastik və şüşə butulkalardan, konserv bankalardan və müxtəlif cür tullantılardan təmizlənib. Aksiya «Topla. Təmizlə. Fərqi gör!» şüarı altında keçirilib.

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların və okeanın zibil və tullantılardan təmizlənilməsi üçün həyata keçirilən birgünlük könüllülük təşəbbüsüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR