Azərbaycanlı vokalçının romanslardan ibarət diski işıq üzü görüb

Azərbaycanlı vokalçının romanslardan ibarət diski işıq üzü görüb
# 01 oktyabr 2012 10:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Şərqin ən gənc “Koroğlu”su Ramil Qasımovun Azərbaycan bəstəkarlarının romanslarından ibarət CD albomu işıq üzü görüb. Ramil Qasımovun APA-ya verdiyi məlumata görə, albomda dahi Üzeyir Hacıbəylinin romansları, həmçinin, Asəf Zeynallı, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Rəşid Şəfəq, Ceyhun Allahverdiyevin və eləcə də gənc bəstəkarların əsərləri yer alıb. Vokalçı bildirib ki, Azərbaycan musiqisinin müxtəlif janrlarının hər biri dünyanın müxtəlif ölkələrində təbliğ olunur və sevilir. R. Qasımovun Azərbaycan romanslarını bir toplu şəklində hazırlamaqda məqsədi bu janrı Azərbaycanda və onun hüdudlarından kənarda təbliğ etməkdir. R. Qasımov CD topluda Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına əməkdar Xalq çalğı alətləri orkestri, Niyazi adına simfonik orkestr, Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Bayramovanın müşayiəti ilə əsərlərinin lentə alındığını diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR