Bu gün ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfirinin andiçmə mərasimi keçiriləcək

Bu gün ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfirinin andiçmə mərasimi keçiriləcək
# 20 iyul 2012 15:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstarın andiçmə mərasimi keçiriləcək. APA-nın xəbərinə görə, mərasim Bakı vaxtı ilə saat 22.00-da (yerli vaxtla saat 13.00) Dövlət Departamentində təşkil olunacaq. Mətbuat nümayəndələri tədbirə buraxılmayacaq. Mərasimdən sonra dövlət katibi Hillari Klintonla R. Morninqstar arasında görüş keçiriləcək.

Yeni səfirin yaxın həftələrdə Azərbaycana gələcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR