Azərbaycanda 51 yaşlı kişi özünü güllələyib

Azərbaycanda 51 yaşlı kişi özünü güllələyib
# 06 mart 2012 11:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda intihara cəhd olub. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən bildirilib.

Hadisə bu gün rayonun Ceyhun Hacıbəyli küçəsi, 11 ünvanında yerləşən fəaliyyət göstərməyən ev alğı-satqı ofisində qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Elşən İsgəndər oğlu Həsənov odlu silahdan atəş açaraq intihara cəhd edib. Yaralı ərazidə olan vətəndaşlar tərəfindən təcilli xəstəxanaya yerləşdirilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR