Azərbaycanda qardaş qardaşı qətlə yetirib

Azərbaycanda qardaş qardaşı qətlə yetirib
# 08 avqust 2012 08:05 (UTC +04:00)
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 8-də gecə saat 1:00 radələrində Qobustanın Çuxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Səxavət Mirzalı oğlu qardaşı 1982-ci il təvəllüdlü Hümbətov Səyahəti yaşadığı evdə bir neçə bıçaq xəsarəti yetirərək qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilsə də, qətlin dəqiq səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR