Azərbaycan Londonda 4-cü medalını qazanıb

Azərbaycan Londonda 4-cü medalını qazanıb
# 03 sentyabr 2012 13:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan XIV London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, millimizin heyətində bu dəfə Hüseyn Həsənov fəxri kürsüyə yüksəlib.

25 yaşlı atlet uzunluğa tullanma növündə 3-cü yeri tutub. Onun 6 cəhdindən ən yaxşı nəticəsi 6,53 m olub. O, buna 2-ci tullanışda imza atıb. Həmyerlimizi qızıldan 62, gümüşdən 60 sm ayırıb. Belə ki, Həsənovu Fulianq Liu və fransalı Arnauld Assuomani qabaqlayıblar.

Bununla da, Londonda qazandığımız medalların sayı 4-ə yüksəlib. Hüseyndən öncə cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova qızıl, İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olmuşdu.

Qeyd edək ki, Paralimpiadaya sentyabrın 9-da yekun vurulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR