Ziyafət Əsgərov: “Dünyanın heç bir ölkəsinin qanunvericiliyində vicdan məhbusu anlayışı yoxdur”

Ziyafət Əsgərov: “Dünyanın heç bir ölkəsinin qanunvericiliyində vicdan məhbusu anlayışı yoxdur”
# 20 aprel 2012 09:46 (UTC +04:00)
Əgər hər hansı ölkənin qanunvericiliyində varsa, deyin biz də tətbiq edək. Bunlar mənasız söhbətlərdir. Mən təəssüf edirəm ki, bu söhbətlərə müxalifət cəbhəsindəki hüquqşünaslar da qoşulur”. APA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin (MM) iclasında parlament sədrinin I müavini Ziyafət Əsgərov İctimai Palatanın 2 aprel 2011-ci ildə həbs olunmuş üzvlərinin həbsinə münasibət bildirərkən deyib. O, hüquqda olmayan anlayışdan istifadə olunmasını düzgün saymadığını söyləyib.

Z. Əsgərov paytaxtda aparılan abadlıq-quruculuq işlərinin bəzi dairələr tərəfindən “Eurovision” mahnı müsabiqəsi ilə əlaqələndirildiyini deyərək bunu tənqid edib: “Görülən işlərin “Eurovision”a nə aidiyyəti var?”

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə deyib ki, ölkədəki bəzi dairələr xaricdəki müəyyən qüvvələrə qoşularaq Azərbaycan əleyhinə fəaliyyət göstərir: “Vicdanı olan hər bir Azərbaycan vətəndaşı dövlət quruculuğu işində töhfə verməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR