Sankt-Peterburqda “Vətəndaş təsisatlarının və yerli KİV-lərin regionlararası sərhədyanı əməkdaşlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib

Sankt-Peterburqda “Vətəndaş təsisatlarının və yerli KİV-lərin regionlararası sərhədyanı əməkdaşlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib
# 20 aprel 2012 22:10 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın şimal paytaxtında “Rusiya regional KİV-ləri rəhbərlərinin alyansı” (ARS-PRESS) A.M.Qorçakov adına kütləvi diplomatiyanın dəstəklənməsi Fondunun köməyi ilə xarici ölkələrin regional KİV-lərinin rəhbərləri üçün “Vətəndaş təsisatlarının və yerli KİV-lərin regionlararası sərhədyanı əməkdaşlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib. APA-nın Rusiya bürosnun məlumatına görə, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Polşa, Ukrayna, Finlandiya, Baltikyanı dövlətlər, habelə Rusiyanın bir çox regionlarından 30-a yaxın jurnalist iştirak edib. Azərbaycanı tədbirdə “Azərbaycan teleradioyayım” QSC-nin Rusiyadakı müxbir məntəqəsinin rəhbəri Zakir Musayev təmsil edib.

Tədbirin keçirilməsində məqsəd təcrübə mübadiləsi aparmaq, hər bir dövlətdə mövcud olan problemləri təhlil etmək və vətəndaş cəmiyyətinin inkişaf problemlərini peşəkar KİV-lərin köməyi ilə həll etmək cəhdlərini birləşdirməkdir.

Tədbirdə Rusiya Federasiyası İctimai Palatasının kommunikasiyalar, informasiya siyasəti və KİV-lərdə söz azadlığı məsələləri komissiyasının sədri P.Qusev, Dövlət Dumasının deputatı V.Çerkasov, BMT Ali Komissarlığının Rusiyada qaçqınların işləri üzrə İdarəsinin nümayəndəsi Geşe Karrenbrok, Rusiya XİN Diplomatiya Akademiyasının professoru, politoloq İ.Panarina, “Bolşoe Pravitelstvo.ru” saytının baş redaktoru R.Şakirovanın çıxış ediblər.

Tədbir zamanı mətbuatın özünü tənzimləməsi, KİV-lərin tərəfdaş ölkələr arasında münasibətlərə təsiri, ictimai rəyin tolerantlıq əsasında formalaşdırılması, korrupsiyaya qarşı mübarizə, beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsi kimi mühüm məsələlər, habelə jurnalistlərin hüquqlarının müdafiəsi və təhlükəsizliyi məsələləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR