«American Airlines» 13 min işçisini ixtisar edəcək

«American Airlines» 13 min işçisini ixtisar edəcək
# 04 fevral 2012 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın iri aviaşirkətlərindən biri olan «American Airlines» 13 minə yaxın işçisini ixtisar etmək niyyətindədir.

«APA-Economics»in ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, ixtisara əsasən aviaşirkətin yerüstü xidmət göstərən personalı düşəcək. Belə ki, «American Airlines»ın bu qrupda çalışan 8,6 min nəfərinin ixtisara düşəcəyi gözlənilir. Bundan başqa, şirkətin 2,3 min stüardessasının, 1,4 min nəfər menecmentlə məşğul olan işçisinin və 400 nəfər pilotunun ixtisar olunacağı bildirilir.

Ümumiyyətlə, şirkət hər il 1,250 mlrd. ABŞ dolları qənaət etmək niyyətindədir.

Qeyd edək ki, hazırda «American Airlines» aviaşirkətinin 88 min işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR