Azərbaycanda vergi ödəyənlərə bonus verilə bilər

Azərbaycanda vergi ödəyənlərə bonus verilə bilər
# 02 mart 2012 14:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda vergini internet vasitəsilə ödəyənlərə bonuslar təqdim edilə bilər. Bu təkliflə ölkənin ilk elektron ödəmələr portalı olan Hesab.az-ın rəhbərliyi çıxış edib.

Portalın təsisçisi və rəhbəri Fərid İsmayılzadə «APA-Economics»ə bildirib ki, elektron ödənişləri populyarlaşdırmaq üçün ən maraqlı addımlardan biri də bonusların tətbiqidir: «Hesab.az-da tətbiq edilən bonus sisteminə əsasən, burada ödəniş edənlər bonus toplayır və müəyyən həddən sonra hədiyyə qazanırlar. Əhali bu sistemə böyük maraq göstərir».

F.İsmayılzadənin sözlərinə görə, portal eyni üsulu bütün ödəmələrə, həmçinin hökumət ödənişlərinə də tətbiq edə bilər. «Biz internet üzərindən vergilərin ödənişlərinə görə də bonusların və hədiyyələrin verilməsində maraqlıyıq və bu sistemi vergilərin ödənməsində də tətbiq etməyə hazırıq», - deyə portalın rəhbərliyi bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR