Albaniyada avtobusun qayadan aşması nəticəsində 11 nəfər ölüb

Albaniyada avtobusun qayadan aşması nəticəsində 11 nəfər ölüb
# 21 may 2012 18:54 (UTC +04:00)
Bakı-APA. Albaniyada qayadan avtobusun aşması nəticəsində 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
APA-nın verdiyi xəbərə görə, hadisə Albaniyanın paytaxtı Tiranadan 220 kilometr aralıda, Ximara şəhəri yaxınlığında baş verib.
Maşının aşmasının səbəbləri barədə xəbər verilmir. Avtobus tələbələri Elbasan şəhərindən Sarandaya aparırdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR