«Aztelekom» rabitə xətlərinin keçdiyi ərazilərdə nəzarəti gücləndirir

«Aztelekom» rabitə xətlərinin keçdiyi ərazilərdə nəzarəti gücləndirir
# 31 iyul 2012 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işlərin aparılmasının qadağan edildiyi barədə növbəti xəbərdarlıq yayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, qərar qəza vəziyyətlərinin qarşısının alınması üçün qəbul edilib və həm hüquqi, həm də fiziki şəxslərə aiddir.

Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə «Aztelekom» magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır.

Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək. Yazılı müraciətlər Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində qəbul edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR