Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
# 01 avqust 2012 09:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 31-də keçirilən hərraclarda «Azeri Light» markalı neft 0,47 dollar ucuzlaşaraq 1 bareli 109,52 dollara satılıb.

Xatırladaq ki, Azərbaycanın 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR