Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Azərbaycan ərazisində havanın temperaturu düşəcək
# 07 noyabr 2012 09:20 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 8-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 8-də gün ərzində güclənən şimal küləyi havanın temperaturunun enməsinə səbəb olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR