Brüsseldə məscid yandırılıb, bir nəfər həlak olub

Brüsseldə məscid yandırılıb, bir nəfər həlak olub
# 13 mart 2012 01:46 (UTC +04:00)
Bakı-APA. Brüsselin Anderlext rayonunda naməlum şəxslər içərisində yandırıcı maddə olan şüşəni buradakı məscidə atıblar. Nəticədə məscid yanıb, məscidin imamı isə dəm qazından zəhərlənərək ölüb.

«Baş vermiş hadisə məni möhkəm sarsıdıb və mən onu qətiyyətlə pisləyirəm», deyə hadisə yerinə gələn Belçikanın daxili işlər naziri Joel Milke bildirib.

Hadisə ilə bağlı polis bir nəfəri saxlayıb.

Brüsselin bu rayonunda çoxlu sayda Mərkəzi və Şimali Afrikadan gələnlər yaşayırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR