Azərbaycan paytaxtında “Milli Brend - 2012” sərgisi keçirilir

Azərbaycan paytaxtında “Milli Brend - 2012” sərgisi keçirilir
# 15 iyun 2012 09:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda “Milli Brend - 2012” sərgi-yarmarkası işə başlayıb.

APA-Economics”in məlumata görə, “AzExpoTrade” şirkətinin təşkilatçılığı ilə ilk dəfə keçirilən sərgidə qida sənayesi, yüngül sənayesi, məişət texnikası sahələrində çalışan yerli şirkətlər iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev sərgidə 30-a yaxın şirkət iştirak etdiyini bildirərək qeyd edib: “Amma bu göstərici ilə kifayətlənmək olmaz. Bizim böyük planlarımız var və gələcəkdə bu sərgidə daha çox şirkətlərin iştirak edəcəyində əminəm. Hesab edirəm ki, öz mallarını bazara çıxarmaq və rəqabət qabiliyyətini artırmaq istəyən şirkətlərimiz belə sərgilərdən faydalamalıdır”.

Qeyd edək ki, Əl Oyunları Sarayında keçirilən sərgi üç gün davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR