Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 28 iyun 2012 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,85 dollar və ya 1,1% artaraq 1 barelə görə 80,20 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, iyunun 27-də ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,48 dollar və ya 0,5% artaraq 93,50 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR