Azərbaycanda qardaş qardaşı güllələyib

Azərbaycanda qardaş qardaşı güllələyib
# 13 avqust 2012 10:32 (UTC +04:00)
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 12-də Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisindəki fermada qeydə alınıb. Şamaxı rayon sakini Laçın Mirzəyev ehtiyatsızlıqdan ov tüfəngindən atəş açaraq orada çoban işləyən qardaşı Rahibi yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R. Mirzəyev orada ölüb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR