Azərbaycanda radon qazı daha çox olan zonalarda genişmiqyaslı araşdırmalar aparılacaq

Azərbaycanda radon qazı daha çox olan zonalarda genişmiqyaslı araşdırmalar aparılacaq
# 05 oktyabr 2012 09:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn ildən Azərbaycanın radon qazı daha çox olan anomal zonalarında genişmiqyaslı araşdırmalara başlanacaq. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı layihə İsveçrənin Milli Elm Fonduna və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilib.

Artıq Geologiya İnstitutu araşdırmalar aparmaq üçün yeni cihaz alıb: “Əvvəllər radonu ölçmək üçün olan cihazları yaşayış məntəqələrində 1-2 ay saxlamaq lazım gəlirdi. Yeni alınan cihaz isə radon qazını daha tez müddətdə ölçmək qabiliyyətinə malikdir. Azərbaycan ərazisində radon qazının miqdarı Şəki-Zaqatala, Şamaxı və Talış zonasında daha artıqdır. Bu ərazilərdə aktiv qırılmalar olduğuna görə, bu qazın miqdarı da çoxdur. Həmin ərazilərdə çıxan radon qazının evlərə təsiri də araşdırılacaq”.

Araşdırmalar zamanı radonun miqdarının geoloji proseslərdən, yoxsa tikinti materiallarından artdığı öyrəniləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR