Azərbaycanda rəqəmsal taxoqrafların tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək

Azərbaycanda rəqəmsal taxoqrafların tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək
# 18 oktyabr 2012 11:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakıda Avropa Komissiyasının TAIEX (Texniki dəstək və İnformasiya mübadiləsi) Proqramı və Azərbaycan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə «Sürücülərin iş və istirahət rejiminə və rəqəmsal taxoqrafların tətbiqinə dair tələblərin pozulması zamanı inzibati cərimə və sanksiyalara dair qanunvericiliyin uyğunlaşdırılmasına dair» ekspertlərin iclası keçirilir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə rəqəmsal taxoqrafların tətbiqi ilə əlaqədar qanunvericiliyin pozulmasına görə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur.

Ekspert missiyasında İspaniya Nəqliyyat Nazirliyinin nümayəndələri olan xanım Karmen Kasal Sobrino, Luis Martinez Jimenez və Andres Galvan Ramirez iştirak edirlər. Tədbir oktyabrın 19-da işini yekunlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR