Yunanıstan Türkiyəyə nota verməyə hazırlaşır

Yunanıstan Türkiyəyə nota verməyə hazırlaşır
# 26 oktyabr 2012 01:55 (UTC +04:00)
Bakı-APA. Yunanıstanda iqtidarda olan Yeni Demokratiya partiyasının bir qrup deputatı ölkənin xarici işlər nazirliyindən Türkiyənin Gümülcine baş konsulu İlhan Şenerin Yunanıstandan çıxarılmasını tələb edib. Deputatların sözlərinə görə, İ.Şener «xalqlar arasındakı münasibətlərə ziyan vurur və qızışdırıcı rol oynayır». Yunan parlamentində Susurköy imamının Gümülcinə müftisinə göndərdiyi məktubun surəti yayılıb. Məktubdan İ.Şenerin Yunanıstandakı müsəlman icmasına və müfti seçkilərinə təsiri məlum olur.

Yunanıstan XİN Türkiyənin bu ölkədəki səfiri Kərim Urasın məsələ ilə bağlı nazirliyə çağırıldığını və yunan hökumətinin İlhan Şenerin fəaliyyəti ilə əlaqədar Ankaraya nota verəcəyi barədə məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR