Azərbaycan prezidenti Ümumdünya Turizm Təşkilatının baş katibini qəbul edib - FOTO

Azərbaycan prezidenti Ümumdünya Turizm Təşkilatının baş katibini qəbul edib - <font color=red>FOTO</font>
# 06 sentyabr 2012 15:44 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib. “APA-Economics”in məlumatına görə, dövlət başçısı paytaxtda və regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb.

Prezident İ. Əliyev T. Rifainin səfərinin Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, T. Rifai turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda görülən işlərin razılıq doğurduğunu vurğulayıb. T. Rifai Azərbaycan prezidenti İ. Əliyevin nitqindən götürülmüş sitatların dərc olunduğu prezidentlərin və dövlət başçılarının fikirlərindən ibarət qızıl kitabı dövlət başçısına təqdim edib.

Kitabda Azərbaycanın Ümumdünya Turizm Təşkilatının “Qızıl Kitab” hərəkatına ilk qoşulan 26 ölkədən biri olduğu bildirilir, ölkədə turizmin inkişaf etdirilməsi ilə bağlı bütün şəraitin mövcud olduğu qeyd edilir, prezident İ. Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR