Ağdaş sakini bədbəxt hadisə nəticəsində ölüb

Ağdaş sakini bədbəxt hadisə nəticəsində ölüb
# 25 sentyabr 2012 09:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ağdaş sakini faciəli şəkildə ölüb. Bu barədə APA-ya rayon Polis Şöbəsindən bildirilib.

Hadisə rayonun Güvəkənd kəndində qeydə alınıb. Kənd sakini İldırım Əzizov qoşqulu traktordan qaz borularını boşaldarkən boruların onun üstünə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR