Azərbaycan və Belarusun Ali və Ali İqtisad məhkəmələri arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Belarusun Ali və Ali İqtisad məhkəmələri arasında əməkdaşlıq sazişi imzalanıb
# 27 sentyabr 2012 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan və Belarusun Ali və Ali İqtisad məhkəmələri arasında əməkdaşlığa dair sənəd imzalanıb. Bu barədə APA “BelTA” agentliyinə istinadən məlumat verib.

Sənəd bu gün Minskdə Hakimlər Şəbəkəsinin II Beynəlxalq Forumu çərçivəsində Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Belarusun Ali İqtisad Məhkəməsinin sədri Viktor Kamenkov tərəfindən imzalanıb.

R. Rzayev bildirib ki, saziş ümumi məhkəmə təcrübəsinin və qanunvericiliyin unifikasiyasının inkişafına kömək göstərəcək, qanunun aliliyini təşviq edəcək. Sənəd Azərbaycan və Belarus arasında əlaqələrin möhkəmlənməsinə imkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR