Bakı sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Bakı sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 30 oktyabr 2012 09:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı sakini elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, oktyabrın 28-də Suraxanı rayonunun Binə südçülük sovxozunun ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan Mirrahim Əsgərzadə evdən çıxıb və geri qayıtmayıb. Araşdırmalar zamanı onun Binə qəsəbəsindəki Südçülük Sovxozunun ərazisində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR