Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 1,2% yüksəlib
# 25 iyun 2012 06:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 641 bəndədək, S&P 500 0,7% - 1 335 bəndədək, Nasdaq isə 1,2% - 2 892 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə Avropa Mərkəzi Bankının qərarı təsir edib. Belə ki, Avropa Mərkəzi Bankı bank aktivlərin ilə təmin olunan qiymətli kağızların reytinqləri üzrə və kreditləşmədə girov kimi qəbul edilən aktivləri üzrə tələbləri yumşaldıb ki, bu da bankların likvidliyin əldə edilməsi üçün əlavə imkanlar yaradır.

Avropa fond bazarlarında iyunun 22-də FTSE 100 indeksi 1,0% - 5 511 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 269 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 091 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 566,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2570 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR