«AtaSığorta» şirkəti nizamnamə kapitalını artırır

«AtaSığorta» şirkəti nizamnamə kapitalını artırır
# 29 fevral 2012 07:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «AtaSığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 25 manat, sayı 200 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Brokdil-Az» MMC çıxış edir.

Birja mütəxəssislərinin fikrincə, «AtaSığorta» ASC-nin əlavə səhm emissiyasına yerləşdirilməsinə artıq yaxın vaxtlarda başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra, sığorta şirkətinin nizamnamə kapitalı 2 dəfə artaraq 10 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR