QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə “Ailə, qadın və uşaq məsələləri” qrupu üzrə namizədlər müəyyənləşib

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə “Ailə, qadın və uşaq məsələləri” qrupu üzrə namizədlər müəyyənləşib
# 29 fevral 2012 13:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün ixtisaslaşmış QHT qrupları üzrə seçkilər davam etdirilib. APA-nın məlumatına görə, 8 ixtisaslaşmış QHT qrupları üzrə keçiriləcək seçkilərdə iştirak etmək istəyən 568 təşkilat sənədlərini şuraya təqdim edib.

“Ailə, qadın və uşaq məsələləri” qrupu üzrə keçirilən seçki zamanı 80 ixtisaslaşmış QHT qeydiyyatdan keçib, onlardan 70-ı səsverməyə qatılmaq üçün toplantıda iştirak edib.
Bu ixtisaslaşmış QHT qrupu üzrə Elmira Bünyadova, Əsmayə Cavadova, Kəmalə Əliyeva, Rəna Mirzəzadə, Fərman Nəbiyev və Nazim Quliyevin təmsil olunduqları təşkilatlar tərəfindən şura üzvlüyünə namizədlikləri irəli sürülüb. İclasda Elmira Bünyadova öz namizədliyini geri götürüb.

Qapalı keçirilən seçki zamanı Rəna Mirzəzadə 35, Nazir Quliyev 30, Kəmalə Əliyeva 23 səs toplayıb. Daha çox səs toplayan bu 3 namizəddən birinin Şura üzvlüyünə təyinatının təsdiqi üçün seçkinin yekunları prezident İlham Əliyevə təqdim olunacaq.

Qeyd edək ki, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının əsasnaməsinə görə, qurum üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün ixtisaslaşmış 8 QHT - “İnsan hüquqları və demokratiya”, “Ailə, qadın və uşaq məsələləri”, “Qaçqın, köçkün, əlil və veteranların məsələləri”, “İqtisadi və sosial məsələlər”, “Təhsil, elm və mədəniyyət”, “Gənclər və vətənpərvərlik tərbiyəsi”, “Səhiyyə, sağlamlıq və ekologiya” və “Narkomaniyaya, korrupsiyaya, insan alverinə
və terrorizmə qarşı mübarizə” qrupları üzrə seçkilər keçirilir. Seçkilərdə ən çox səs toplayan 3 namizəd müəyyənləşərək, onlardan birinin təsdiqi üçün ölkə başçısına təqdim olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR