Azərbaycanda elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanlara 300 manat təqaüd verilməsi təklif edilir

Azərbaycanda elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanlara 300 manat təqaüd verilməsi təklif edilir
# 27 mart 2012 08:49 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, elmlər doktoru proqramı üzrə qəbul ilk dəfə həyata keçirildiyindən bu proqram üzrə təhsil alanların təqaüdlərinin məbləğinin dəqiqləşdirilməsinə ehtiyac var. Müraciətdə elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanlara 300 manat təqaüd verilməsi təklif edilib. A. Həşimov deyib ki, fəlsəfə doktoru proqramı əvvəl mövcud olan aspiranturanı əvəz elədiyindən bu proqram üzrə təqaüdlərin məbləği ilə bağlı təklif irəli sürülməyib. Fəlsəfə doktorları aspirantların aldığı qədər - 120 manat məbləğində təqaüd alırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR