Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşü keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşü keçiriləcək
# 18 aprel 2012 13:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA, Təhsil naziri Misir Mərdanov bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində inkişaf etdiyini bildirib. Hazırda 4 mindən çox azərbaycanlı gəncin Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil aldığını qeyd edən M. Mərdanov, Azərbaycanın ali təhsil müəssisələrində isə 3 mindən artıq türkiyəli tələbənin oxuduğunu söyləyib.

X. Akıncı isə türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunub. O, həmçinin ortaq dərsliklərin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşünün nəzərdə tutulduğunu diqqətə çatdıran baş katib müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR