Apreldə ABŞ federal büdcəsində 2008-ci ildən bəri ilk dəfə profisit qeydə alınıb

Apreldə ABŞ federal büdcəsində 2008-ci ildən bəri ilk dəfə profisit qeydə alınıb
# 11 may 2012 11:09 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin aprel aynda ABŞ federal büdcəsinin profisiti 58,19 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, ötən ilin müvafiq dövründə 40,30 mlrd. dollar defisit qeydə alınıb.

Apreldə dövlət xərcləri 21,3% azalaraq 329,9 mlrd. dollardan 259,7 mlrd. dollara enib. Büdcəyə daxilolmalar (əsasən vergilərdən) 10,1% artaraq 289,5 mlrd. dollardan 329,9 mlrd. dollara yüksəlib.

Qeyd edək ki, 2008-ci ildən bəri ABŞ federal büdcəsi ilk dəfədir ayı profisitlə başa vurur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR