Azərbaycanda silah alverçisi həbs edilib

Azərbaycanda silah alverçisi həbs edilib
# 07 iyul 2012 11:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Silah alveri ilə məşğul olan şəxs həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Aftandil Çobanov 1 ədəd "AKM" silahını satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR