Azərbaycanda baş verən zəlzələdə bir nəfər ölüb - VİDEO

Azərbaycanda baş verən zəlzələdə bir nəfər ölüb - <font color=red>VİDEO</font>
# 15 oktyabr 2012 07:11 (UTC +04:00)
Bu barədə APA-ya Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev məlumat verib. Onun sözlərinə görə, zəlzələ baş verən zaman yıxılaraq kəllə-beyin travması alan Kortala kənd sakini, 1936-cı il təvəllüdlü Zinədova Xacabanu Məhəmməd qızı xəstəxanaya yerləşdirilib. O, gecə dünyasını dəyişib.

H. Nuriyev həmçinin qeyd edib ki, ötən gün baş verən zəlzələdən sonra 40 çağırış olub, 5 nəfər isə xəstəxanaya müraciət edib. Həmin şəxslərin əksəriyyəti qorxu və həyəcandan stress keçiriblər.

Qeyd edək ki, dünən Azərbaycanın şimal-qərb bölgəsində bir birinin ardınca bir neçə zəlzələ baş verib. Zəlzələ Balakən və Zaqatalada daha çox hiss olunub. Balakən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, təkanları güclü olub, əhali evlərindən və iş yerlərindən çıxıb. İH-dən onu da bildiriblər ki, təkanlar nəticəsində tikintilərdə müəyyən dağıntıların olması barədə məlumat daxil olub.

Respublika Seysmoloji Xidmət Mərkəzi ötən gün ərzində Azərbaycanın şimal-qərb bölgəsində altı təkanın qeydə alınması barədə məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR