Dərbənddə şiddətli yağışlar 7 nəfərin ölümünə səbəb olub

Dərbənddə şiddətli yağışlar 7 nəfərin ölümünə səbəb olub
# 10 oktyabr 2012 03:44 (UTC +04:00)
Bakı-APA. Dərbənd şəhərində 320 evin şiddətli yağış nəticəsində su altında qalması və 7 nəfərin həlak olmasından sonra fövqəladə vəziyyət rejimi elan olunub. APA-nın xəbərinə görə, bu barədə Rusiya FHN Dağıstan Baş idarəsi məlumat yayıb.

Hadisə gecə saatlarında baş verib.

«Əhali məscid minarələrindən və küçədəki avtomobillərdən səsucaldanların köməyilə xəbərdar edilib», deyə məlumatda bildirilir.

Məlumata görə, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 357 nəfər və 60 vahid texnika cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR