«Qala Həyat» sığorta şirkətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb

«Qala Həyat» sığorta şirkətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb
# 05 sentyabr 2012 08:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinə Əsgər Ələkbərov təyin edilib.

Qeyd edək ki, Ə.Ələkbərovdan əvvəl bu vəzifəni müvəqqəti olaraq Anar Cəlilov icra edib. Şirkətin yarandığı tarixdən indiyədək İdarə Heyətinə heç kim sədrlik etməyib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən növbəti test imtahanının nəticələrinə görə, Ə.Ələkbərov imtahandan uğurla keçib. Ə.Ələkbərov «Qala Həyat» sığorta şirkətində rəhbər vəzifəyə namizəd kimi bu imtahanda iki dəfə iştirak edib.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. 2010-cu il noyabrın 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 5,005 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR