15 il əvvəl ayrıldığı həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

15 il əvvəl ayrıldığı həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub
# 15 mart 2012 13:29 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində 15 il əvvəl ayrıldığı həyat yoldaşını qətlə yetirən Elçin Babazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Babazadə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 38 yaşlı Elçin Babazadə 15 il əvvəl ayrıldığı həyat yoldaşı 34 yaşlı Gümüş Abdullayevanı yaşadığı mənzildə aralarında baş vermiş münaqişə zəminində bıçaqlayaraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçıb. Lakin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin bir neçə bəndi ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR