İranda iki nəfər edam edilib

İranda iki nəfər edam edilib
# 20 iyul 2012 03:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şiraz şəhərində bir nəfər əhalinin gözü qarşısında edam olunub. APA-nın məlumatına görə, təcavüzdə, alkoqol qəbul etməkdə, spirtli içkiləri evində saxlamaqda və s. günahlandırılan məhbus A. T. Şiraz Məhkəməsinin dördüncü şöbəsi tərəfindən ölüm cəzasına məhkum edilib və qərar İranın Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb. Hökm iyulun 19-da Şiraz şəhərinin mərkəzi meydanlarının birində icra olunub.
Bundan əlavə, Sistan və Bəluçistan vilayətinin İranşəhr şəhərində də bir nəfər dara çəkilib. Adı açıqlanmayan məhbus qətldə günahlandırılıb. Bu şəxs isə iyulun 19-da səhər saatlarında zindanda asılıb.
Eyni zamanda İranın Ali Məhkəməsi iki nəfərin edam hökmünü təsdiqləyib. Onların hər ikisi də qətldə günahlandırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR