Arkadi Belıy: “Azərbaycan yığmasının fəxr etməyə nəyisə var”

Arkadi Belıy: “Azərbaycan yığmasının fəxr etməyə nəyisə var”
# 11 aprel 2012 12:52 (UTC +04:00)
Bakı – APA. “Bütün statistika, o cümlədən, qapıya zərbələr rusların xeyrinə idi. Qapıçınız Elnur Zamanovun oyununu da qeyd etmək lazımdır. O, gözəl oyun nümayiş etdirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiya futzalının veteranı Arkadi Belıy deyib.

Vaxtilə Naxçıvanın “Araz” klubunun baş məşqçisi olan rusiyalı mütəxəssis DÇ-2012-nin pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən Rusiya – Azərbaycan matçı (2:2) haqda fikirlərini açıqlayıb.

O, millimizin qapıçısı Elnur Zamanovun inamlı çıxışını vurğulayıb: “İndi Zamanov ikinci gəncliyini yaşayan, özünəinamı artan qapıçıdır. Əslində, hələ ilk oyunda da əla çıxış etmişdi. Bunları nəzərə alaraq, hesab edirəm ki, cavab matçında Azərbaycan yığmasının fəxr etməyə nəyisə var. Final mərhələsinə çıxmamağına baxmayaraq, komandanız layiqli oynadı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR