İran və Türkiyə parlamentlərinin sədrləri arasında telefon danışığı olub

İran və Türkiyə parlamentlərinin sədrləri arasında telefon danışığı olub
# 09 oktyabr 2012 09:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran parlamentinin sədri Əli Laricani ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək arasında telefon danışığı olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ə. Laricani Türkiyə və Suriya arasındakı gərginliyin tezliklə aradan qaldırılmasının labüd olduğunu bildirib. İranın Türkiyə və Suriya arasında yaranan gərginlikdən narahat olduğunu deyən iranlı spiker vurğulayıb ki, rəsmi Tehran iki ölkənin münasibətlərinin əvvəlki qaydaya salınması üçün addım atmağa hazırdır. Ə. Laricani, həmçinin Suriyada qaçırılan iranlı zəvvarların sərbəst buraxılması üçün Türkiyədən yardım da istəyib.

C. Çiçək isə öz növbəsində İranı Türkiyənin qədim dostu olaraq xarakterizə edərək, rəsmi Ankaranın Suriyada müxaliflər tərəfindən qaçırılmış iranlıların sərbəst buraxılması üçün səy göstərəcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR