Moskvada onlarla rus millətçiləri həbs olunub

Moskvada onlarla rus millətçiləri həbs olunub
# 18 fevral 2012 18:16 (UTC +04:00)
Bakı-APA. Moskvada icazəsiz yürüş keçirməyə cəhd edən onlarla rus millətçiləri həbs olunub, APA gazeta.ru saytına istinadən xəbər verir.
Bildirilir ki, 200 nəfərə qədər rus millətçiləri Moskva sakini İvan Aqafonovu öldürən, əlbəyaxa döyüş üzrə Rusiya çempionu Rəsul Mirzoyevin məhkəmə tərəfdən azad olunmasına etiraz olaraq Moskvanın Manejnıy meydanında şüarlar səsləndirərək Orta Asiya respublikalarından olan miqrantları döyüblər.
Polis 100 yaxın aksiya iştirakçılarını həbs edib.
Xatırladaq ki, Moskva məhkəməsinin qərarı ilə Mirzoyev 100 min rubl girov müqabilində azad olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR