Nazirlər Kabineti hava limanında baş vermiş subasma ilə əlaqədar tədbirlər planı hazırlayır
29 fevral 2012 07:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Heydən Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində baş verən subasma ilə əlaqədar Nazirlər Kabinetində tədbirlər planı hazırlanır. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev məlumat verib. O bildirib ki, artıq aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib: “Subasma ilə əlaqədar Nazirlər Kabinetinə təkliflərimizi təqdim etmişik və hazırda qurumda tədbirlər planı hazırlanır”.
Baş mühəndis deyib ki, ərazidə yeni drenaj sistemi qurulmalıdır: “Oradakı yaşayış massivlərinin çoxunda kanalizasiya sistemi yoxdur. Subasmanın əsas səbəblərindən biri Maştağa, Ramanı, Dədə Qorqud və Şuşa qəsəbələrində evlərin kanalizasiya sularının yerin altına axıdılmasıdır. Bu, qrunt sularının səviyyəsinin qalxmasına səbəb olur. Yeraltı və yerüstü sular orada sahəsi 50 hektara yaxın olan göl yaradıb. Həmin qəsəbələrin də kanalizasiya sistemi yenidən qurulmalıdır”.
Ş. Niftiyev qeyd edib ki, təcili tədbirlər görülməsə, növbəti yağışlar ərazidə vəziyyəti daha da gərginləşdirə bilər.

İnfrastruktur
Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək
11:03
30 may 2024
Sabah Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq
10:22
30 may 2024
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - VİDEO
16:51
29 may 2024
Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən məhdudlaşdırılacaq
16:51
29 may 2024