Moskvada izdihamlı 1 may nümayişi keçirilib - FOTO

Moskvada izdihamlı 1 may nümayişi keçirilib - <font color=red>FOTO</font>
# 01 may 2012 11:43 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında izdihamlı 1 may nümayişi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarında paytaxtın Tver və Moxovoy küçələrindən başlayan nümayiş Borovitskoy meydanında başa çatıb.

Moskva Həmkarlar Federasiyası tərəfindən təşkil olunan nümayişdə 150 min nəfərdən çox insan iştirak edib.
Nümayişə Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin də qatılıb.
Nümayişdə müxtəlif siyasi qüvvələr də iştirak edib. Bunlar kommunistlər, liberallar və “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) Partiyasının liderləri və fəalları olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR