Azərbaycan Ordusunun giziri yol qəzasında ölüb

Azərbaycan Ordusunun giziri yol qəzasında ölüb
# 06 avqust 2012 10:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Ordusunun giziri yol qəzasında ölüb. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, bir neçə gün əvvəl Gəncə şəhərində Astara rayon sakini Kamran Səfərov idarə etdiyi maşınla qəza törədib. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən K. Səfərov ötən gün orada dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı dünyasını dəyişən K. Səfərov Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsinin giziri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR