Son 7 ayda Azərbaycan və Niderland arasında ticarət dövriyyəsi 42% artıb

Son 7 ayda Azərbaycan və Niderland arasında ticarət dövriyyəsi 42% artıb
# 13 sentyabr 2012 11:35 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Azərbaycandan ixracın 50%-dən çox hissəsi Avropa Birliyi (AB) ölkələrinin payına düşür ki, bu da Azərbaycanın AB-nin əsas tərəfdaşı olduğunu göstərir.

APA_Economics”in xəbərinə görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan AB üzvü olan Niderland Krallığı ilə də əlaqələrə ciddi əhəmiyyət verir: “Xüsusilə son illərdə Niderlandın Azərbaycanla əlaqələri uğurla inkişaf edir. Bunu son illərdə baş verən ikitərəfli səfərlərə, biznes-forumlara baxanda da görmək olar. Əminəm ki, Niderlandın baş nazir müavini cənab Maks Verhagenin səfəri ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına verəcək”.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda Niderlandın investisiya həcmi 365 mln. dollar təşkil edir: “Son 7 ay ərzində iki ölkə arasında ticarət dövriyyəsi 42%, o cümlədən idxal 12,5%, ixrac isə 29% artıb. Azərbaycan və Niderland müxtəlif sahələrdə - turizm, tikinti, sudan istifadə, kənd təsərrüfatı, alternativ enerji sektorunda əlaqələrini genişləndirə bilər. Azərbaycan alternativ enerji sektorunun inkişafına çox diqqət yetirir və Niderland kampaniyalarını məhz bu sahəyə diqqət yetirməyə çağırır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR