Polşanın Qnezno şəhərinin nümayəndə heyəti Qəbələyə səfər edib

Polşanın Qnezno şəhərinin nümayəndə heyəti Qəbələyə səfər edib
# 06 noyabr 2012 19:39 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Noyabrın 6-da Polşanın Qnezno şəhərinin meri Yatsek Kovalski, Qnezno Şəhər İdarəsinin təhsil, mədəniyyət və idman şöbəsinin direktoru Telesfor Qoşçinyak, Qnezno Şəhər Şurasının şəhər iqtisadiyyatı və ətraf mühitin qorunması komissiyasının sədri Viktor Kolinski Qəbələ rayonuna səfər edib. APA-nın məlumatına görə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonaqlarla görüş keçirib.
Görüşdə Qəbələ və Qnezno şəhərləri arasında əməkdaşlıq əlaqələrinin yaradılacağı və daha da inkişaf etdiriləcəyi vurğulanıb. Polşanın ilk paytaxtı olan Qnezno şəhəri ilə qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhəri arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə ölkəmizə səfər edən qonaqlar Qəbələ Mədəniyyət Mərkəzinin inşası prosesi ilə, eləcə də Heydər Əliyev Mərkəzi, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR