Bakıdakı “Eurovision” şousunun keçiriləcəyi səhnə və “Green room”un görüntüsü nümayiş etdirilib - FOTOSESSİYA

Bakıdakı “Eurovision” şousunun keçiriləcəyi səhnə və “Green room”un  görüntüsü nümayiş etdirilib - <font color=red>FOTOSESSİYA</font>
# 11 may 2012 17:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision-2012” şousunun keçiriləcəyi səhnə və “Green room”la bağlı detallar açıqlanıb.


APA-nın müsabiqəsinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Baku Crystal Hall” həm səhnə, həm də “Green room” baxımından fərqlidir.

“Eurovision” dünyanın 50-dən çox ölkəsində 100 milyondan artıq izləyicisi olan möhtəşəm şoudur. Miqyasına görə, Olimpiya Oyunları ilə müqayisə edilən Eurovision Mahnı Müsabiqəsi 40-dan çox ölkənin iştirak etdiyi və səhnə arxasında 1.000 nəfərdən artıq insanın çalışdığı bir yarışmadır.

Artıq “Bakı Kristal Zalı”nda səhnə, işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. “Bakı Kristal Zalı”nda istifadə olunan işıqlandırma sistemi, 2500-dən çox proyektor, 90 konteynerlik naqil Almaniyadan Azərbaycana gətirilib.

Səhnənin bəzi hazır elementləri 70 yük maşınında Almaniyanın Hamburq şəhərindən, müasir işıq-diod texnologiyası və videokamera sistemi isə Avropanın müxtəlif şəhərlərindən Bakıya gətirilib.

“Bakı Kristal Zalı”nın səhnəsində işıq-diod ekranları yerləşdirilib ki, bu ekranlarda 42 ölkə təmsilçisinin səhnədəki çıxışına uyğun görüntülər yayımlanacaq.

Dizayner Florian Wieder tərəfindən hazırlanmış bu ekranlar Eurovision Mahnı Müsabiqəsi 2012-nin ev sahibi Azərbaycanın “Bakı Kristal Zalı”nda görüntünün əsasını təşkil edir. Buradakı dizaynda arenanın səhnə və podiumları 3D formatında təqdim olunur, həm də Bakının gecə mənzərəsi ekranlara gətirilir.

“Green Room” isə pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda yerləşdirilib. Bu isə Eurovision Mahnı Müsabiqəsinin tarixində təmsilçilərlə fanatların ən yaxın olduğu səhnə quruluşudu.

Eurovision 2012 şousu Belçikadan Bakıya gətirilmiş, canlı yayım mütəxəssisləri tərəfindən idarə edilən səyyar televiziya stansiyaları vasitəsi ilə bütün Avropaya ötürüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR